Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:23

-

Rusiyada oliqarx Mikhail Prokhorov-a məxsus Onexim holdinqinin Rusiyadakı aktivlərini satdığı bildirilir.

“Vedomosti” qəzeti iyulun 4-də açıqlanmayan mənbəyə istinadla yazıb ki, holdinq “Rusal” alüminium şirkətində, eləcə də “Uralkali” firmasında, “Quadra” və digər şirkətlərdəki səhmlərinə alıcı axtarır.

“Onexim” bu məlumatlarla bağlı rəsmi şərh verməyib.

Apreldə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Onexim-in Moskva ofisində axtarış aparıb. Məlumatlara görə, bu, vergi araşdırmasıyla bağlı olub.

Mayda isə Prokhorov-a məxsus RBC media qrupunda araşdırma aparılıb.

Deyilənlərə görə, RBC Prezident Vladimir Putin-in qızı Katerina Tikhonova barədə məlumat yaydığına görə Kremli qəzəbləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG