Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:40

İyulun 3-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasının qalibi olub.

Azərbaycan voleybolçuları final qarşılaşmasının son oyununda Bakı İdman Sarayında Slovakiya yığmasını məğlub edib.

İlk seti Azərbaycan millisi 25:15 hesabı ilə üstün başa vurub. İkinci setdə də Azərbaycan voleybolçuları üstün olublar - 25:22. Üçüncü setdə isə Azərbaycan voleybolçuları Slovakiya yığmasına 25:20 hesabı ilə qalib gələrək matçın taleyini həll ediblər.

İyunun 30-da Slovakiyada keçirilən ilk oyunda da Azərbaycan voleybolçuları qalib gəlmişdi. İki görüşün nəticəsinə görə Azərbaycan millisi Avropa Liqası yarışlarının qalibi olub.

Avropa Liqasının önəmini artırmaq üçün bu ildən birinci yerin sahibi gələn il keçiriləcək dünya Qran-prisinə vəsiqə qazanır.

XS
SM
MD
LG