Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

-

Bağdadda bazar günü törədilmiş hücumda ölənlərin sayı 199-u keçib, 190 nəfərsə yaralanıb. Ticarət mərkəzində törədilmiş hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupu üzərinə götürüb.

Mərkəzi Karrada bölgəsindəki partlayış iyulun 3-də sübh tezdən, yüzlərlə insanın küçədə olduğu bir vaxtda törədilib.

Rəsmilərin məlumatına görə, hadisə qurbanları – qadınlar və uşaqlar çoxmərtəbəli ticarət mərkəzində və əyləncə zalında olublar, ya yanıb, ya da boğulublar.
Karradada əsasən şiələr yaşayır. Bu hücum bu il İraqda baş vermiş ən ağır hücumdur.

Daha bir partlayış isə gecəyarısına yaxın Bağdadın şimalındakı Şaabda törədilib, daha beş nəfər həlak olub.

Ağ Ev partlayışları pisləyib. Dövlət Departamenti hadisə qurbanlarının yaxınlarına başsağlığı verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG