Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:10

Ə. Düdənginski haqda film Almaniyada göstərildi


"Düdəngədən Münhenə" filminin DVD diski.
"Düdəngədən Münhenə" filminin DVD diski.

-

İyulun 2-də Almaniyanin Neu Ulm şəhərində Eltv və “Nova Gorica” kino mərkəzinin istehsalı olan “Düdəngədən Münhenə” sənədli filminə ilk baxış keçirilib. Məlumata görə film Əbdurrəhman bəy Fətəlibəyli Düdənginskiyə həsr olunub.

"Düdəngədən Münxenə" filmindən bir kadr.
"Düdəngədən Münxenə" filmindən bir kadr.

Tədbirdə Almaniyada yaşayan həmyerlilərimiz və ictimai şəxslər iştirak ediblər. Film Ramiz Abutalıbovun “Özgələr arasında doğma” kitabının motivləri əsasında çəkilib. Qonaqlar Neu Ulm şəhərinin məzarlığında mühacir və legionlarımızın məzarlarını ziyarət ediblər.

Filmin rejissoru Tahir Tahirovic, ssenari müəlifi İlham Tumas, operatoru Elşən Həsənoğlu, koordinatorları Namiq Bossert və Elşad Məmmədov, məsləhətçisi Ramiz Abutalıbov, icraçı prodüseri Qurban Ələkbərov, prodüseri İqbal Məmmədləiyevdir.

"Düdəngədən Münxenə" filminin tamaşası.
"Düdəngədən Münxenə" filminin tamaşası.

XS
SM
MD
LG