Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:15

Tehran heç vaxt Suriya və başqa regional münaqişələrlə bağlı hərəkətlərini ABŞ-la əlaqələndirməyəcək. Bunu İranın ali lideri Ayatollah Ali Khamenei bildirib. İyulun 3-də onun saytında yerləşdirilmiş çıxışında deyilir: «Biz belə koordinasiyanı istəmirik, çünki onların başlıca məqsədi İranın bölgədə iştirakını dayandırmaqdır».

ABŞ da, İran da Suriya münaqişəsində fərqli mövqedə dururlar. Tehran Qərbin dəstək verdiyi qiyamçılara qarşı mübarizə aparan Suriya prezidenti Bashar al-Assadın tərəfindədir.

İran həmçinin Suriya və İraqda İŞİD ekstremist qruplaşmasını bombaladığına görə, ABŞ-ın başçılıq etdiyi koalisiya ilə istənilən danışıqları rədd edir.

Bununla belə, Tehran Bağdad və Dəməşqə qruplaşma ilə mübarizədə dəstək verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG