Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

Xırdalan və Sulutəpəyə niyə su verilmir?


Su kranı (foto: Shutterstock)
Su kranı (foto: Shutterstock)

Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinin bəzi hissəsinə yenidən su verilmir.

Bu barədə AzadlıqRadiosu-na sakinlər özləri məlumat veriblər. Onların deməsinə görə, son bir həftədə cəmi bir gün su verilib:

«3 gün idi su verilmirdi. Müxtəlif yerlərə şikayət etdik, cəmi bir gün su verdilər. İndi də 2 gündür susuz qalmışıq» – şikayətçilərdən biri bildirib.

Sakinlərin deməsinə görə, hökumətin əhaliyə pulla satdığı suyu kəsməsini heç cürə başa düşmürlər.

«Orucluq ayında bütün bunlar göstərir ki, məmurlar nə hökumətdən, nə də Allahdan qorxurlar» – başqa bir sakin deyib.

«Azərsu» ASC-nin mətbuat xidmətindən Xırdalan dairəsinə suyun verilməməsi təzyiqin aşağı olması ilə izah edilmişdi.

XS
SM
MD
LG