Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Pakistan rəsmiləri qəfil daşqın nəticəsində 30 nəfərin öldüyünü bildirirlər. Təbii fəlakət ölkənin şimalında, Əfqanıstanla sərhəddə baş verib. Çitral bölgəsinin meri Maghfirat Shah deyib ki, iyulun 3-də güclü yağış və daşqın məscidi və bir neçə evi yuyub aparıb.

Onun sözlərinə görə, pis hava şəraiti xilasetmə işlərinə mane olur.

Bundan başqa, Xayber-Paxtunxva əyalətində güclü yağış tikinti meydançasındakı iki çinli mühəndisin ölümünə və beş pakistanlı işçinin yaralanmasına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG