Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssislərinin iyulun 2-də iki əkin sahəsinə və 4 partlayış yerinə baxış keçirdikləri bildirilir.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, Füzuli rayonunun Horadiz kəndində 122 millimetrlik «9M22U» qrad raketinin partladıcı başlığı aşkarlanıb.

Ağdam rayonunun Əhmədağalı kəndində isə partlamış iki top mərmisinin qalıqlarının tapıldığı qeyd edilir.

Agentlik bildirir ki, aprelin 7-dən iyulun 2-dək 1566 partlamamış hərbi sursat, 14 piyada, 8 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək yenidən hərbi əməliyyatlar başlayıb. Bu zaman hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada hərbi əməliyyatların yenidən dayandırılması ilə bağlı razılığa gəliblər.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi isə aprelin 7-dən etibarən bölgədə yenidən fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG