Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 11:07

Nobel sülh mükafatı laureatı, amerika və fransız yazıçısı, jurnalist, ictimai xadim Elie Wiesel 87 yaşında Nyu-yorkda vəfat edib. O nasist düşərgələrindən keçib və müharibədən sonra Holokostun tanınmış təbliğatçılarından birinə çevrilib.

Wiesel 1985-ci ildə ABŞ Konqresinin qızıl medalı ilə təltif edilib. Bundan başqa, ədəbi, ictimai və maarifçilik xidmətlərinə görə xeyli sayda başqa mükafatlar alıb.

O yəhudilərin durumunu öyrənmək məqsədilə 1965-ci ildə Sovetlər Birliyində də olub. Gördüklərinin və minlərlə sovet vətəndaşları ilə görüşlərdə eşidib bildiklərinin təəssüratı altında kitab da yazıb. Yazıçı bu kitabda beynəlxalq ictimaiyyəti SSRİ-dəki yəhudilərə yardıma, sovetlərin yəhudi siyasətinə etiraz etməyə çağırıb.

On il öncə Praqada keçirilən beynəlxalq tədbirdə yazıçıya belə bir sual verilmişdi: «İnsan haqları müdafiəçisi olmaqdan ötrü insanın özünün də bu əziyyətlərdən keçməsi lazımdırmı?»

Elie Wiesel cavab vermişdi: «Mən müəlliməm, təkcə yazıçı deyiləm. Mən tələbələrimi öyrədirəm. Qətiyyən hesab etmirəm ki, gənclər insan haqları dəyərlərini anlamaqdan ötrü özləri bu əziyyətlərdən keçməlidirlər. Mən istəyirəm, mənim tələbələrim insan haqlarını ona görə müdafiə etsinlər ki, dünyada başqa insanlar da əzab çəkirlər. Bax bu başqalarını haqsızlıqdan qorumaq gərəkdir. Axı, həmin əziyyət çəkənlərin çoxunun özünü qorumaq üçün nə bilgisi, nə də imkanları var».

Günün bütün mövzuları

XS
SM
MD
LG