Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

«Azadlıq» qəzetinin direktoru Faiq Əmirovu naməlum şəxslərin izlədiyi bildirilir.

Bu haqda «Azadlıq» qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, F.Əmirov iyulun 2-də işə gələrkən qara, 90 CD 674 nömrə nişanlı «Hundai Accent» markalı avtomobillə təqib olunub.

F.Əmirov bildirib ki, gün boyunca tanımadığı adamlar həmin maşınla onu izləyirlər.

Qəzet bildirir ki, izləmə ilə bağlı Daxili İşlər Nazirliyinə, Mətbuat Şurasına bilgi verilib, gərəkli addımlar atılması istənilib.

Qəzet rəhbərliyi F.Əmirova qarşı təxribat hazırlana biləcəyindən narahat olduğunu bildirir.

Daxili İşlər Nazirliyindən bu deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG