Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Orucluğun başa çatması ilə bağlı bayram namazı Azərbaycanda rəsmən iyulun 6-da qılınacaq.

Bu barədə Məşhədi-Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib.

O, ANS-ə bayram namazının səhər saat 08:00 və 09:00-da qılınacağını söyləyib.

Axundun deməsinə görə, bayram namazı bütün məscidlərdə qılınacaq: «Təzəpir məscidində, Əjdərbəy məscidində, Məşhədi-Dadaş məscidində və s. məscidlərdə insanlar gəlib rahat şəkildə bayram namazlarını qıla bilərlər».

Mayın 26-da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayı ilə bağlı fətva vermişdi. Həmin fətvada Ramazan ayının 1-inin miladi təqvimlə iyunun 7-nə təsadüf etdiyi bildirilirdi.

Ancaq bu fətva ölkədə bəzi dindarların narazılığı ilə qarşılanmışdı. Onları əsasən bir sual düşündürürdü - Necə olur ki, Türkiyədə, Səudiyyə Ərəbistanında orucluq iyunun 6-da başlayır, Azərbaycanda isə bundan bir gün sonra? Bəzi ekspertlər deyirdilər ki, QMİ İranın yolu ilə gedir.
Ancaq bu iddialara cavab olaraq QMİ sədri Allahşükür Paşazadə demişdi ki, onlar Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarını əsas götürüblər.

Oruc tutan insanlar iftara qədər yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir. İmkanı olan müsəlman ailəsində hər bir üzvündən ötrü fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olanlara verməlidir.

Bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Türkiyədə isə bayram namazının iyunun 5-də qılınacağı bildirilir.

Bu haqda bu ölkənin Dəyanət İşləri Nazirliyinin saytı xəbər verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG