Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:57

İyulun 3-ü Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-24, gündüz 26-30, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da qısa fasilələrlə yağış gözlənilir. Üstəlik, bəzi rayonlara yağıntının leysana çevriləcəyi, dolu düşəcəyi ehtimal edilir. Gecə 20-24, gündüz 30-34, dağlarda gecə 12-17, gündüz 19-24 dərəcə isti olacaq.

İyulun 5-nə kimi havanın qeyri-sabit keçəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG