Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:32

Banqladeşdə 20 girov öldürülüb


Dəkkədə terror
Dəkkədə terror

Hərbçilərin verdiyi xəbərə görə, Banqladeşdə silahlıların ələ keçirdiyi restoranda 20 girov öldürülüb. Onların hamısı əcnəbilərdir. Hərbçilər girovların soyuq silahla qətlə yetirildiklərini bildirir.

İyulun 1-də Dəkkədə diplomatik nümayəndəliklərin yerləşdiyi ərazidəki restoran silahlılar tərəfindən ələ keçirilib. Polis 10 saatlıq danışıqlardan sonra 7 zirehli texnikanın köməyi ilə hücuma keçərək içəridəki 13 nəfəri azad edib, onlardan 3-ü əcnəbidir.Bu zaman 6 silahlı öldürülüb.

Polis əməliyyatın başa çatdığını bildirsə də, silahlı şəxslərdən bəzilərinin gizlənə biləcəyi istisna edilmir.

Baş verənlərə görə məsuliyyəti İŞİD üzərinə götürüb və içəridə 24 nəfərin öldürüldüyünü bildirib, onların fotolarını internetdə yayıb.

XS
SM
MD
LG