Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 04:17

«Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qorunması sahəsində fərqlənir».

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Nazir deyib ki, son illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: «Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib, 15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib. Yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub».

Ancaq müstəqil hüquqşünaslar Azərbaycanda cinayətlərin açılma faizi ilə bağlı bir qədər fərqli düşünürlər. Onların deməsinə görə, bəzi cinayətlər qeydə alınmır. Nəticədə açılan cinayətlərin faizi süni şəkildə yüksəldilmiş olur. Bu da ölkədə hüquq-mühafizə orqanlarının xidməti kimi təqdim edilir. Üstəlik, onlar deyirlər ki, Azərbaycanda polis siyasi proseslərdə bəzən qanunu yox, hökuməti müdafiə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG