Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

İyulun 1-də Pentaqon rəsmiləri bildiriblər ki, ABŞ-ın rəhbərliyi ilə koalisiya qüvvələri İŞİD-in müharibə və hərbi nazirinin müavini ilə Mosuldakı hərbi qüvvələrin komandanını hava zərbələri ilə məhv ediblər.

Pentaqon sözçüsü Peter Cook deyir: «Keçən ay İŞİD rəhbərlərinə qarşı endirilən digər zərbələr kimi, bu öldürücü zərbə də Mosuldakı İŞİD rəhbərliyinin fəaliyyətini ciddi şəkildə sarsıdıb və Şimali İraqda onların hərbi rəhbərliyinin iki nümayəndəsini sıradan çıxarıb».

İyunun 25-də Mosul yaxınlığında endirilən zərbə müharibə və hərb nazirinin müavini Basim Muhammad Ahmad Sultan al-Bajari-ni məhv etmişdi. O, əvvəllər «əl-Qaidə»nin üzvü olmuş, 2014-cü ildə Mosulda hərbi qrupun ələ keçirilməsini kurasiya etmişdi.

Cook-un sözlərinə görə, İŞİD-in öldürülmüş digər lideri Hatim Talib al-Hamduni-dir. O, İraqın ikinci böyük şəhəri Mosulda hərbi komandir idi.

Keçən ay İraq hərbi qüvvələri ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı Fəllucadakı qələbələrini qeyd ediblər. İndi onlar Mosul üzərində nəzarəti ələ keçirmək üçün qüvvələrini cəmləyirlər.

Cook bildirib ki, İŞİD-in iki yüksəkçinli rəhbərinin məhvi İraq qüvvələrinə Mosulu yenidən qaytarmağa kömək olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG