Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 08:56

Avstriyada təkrar prezident seçkisi keçiriləcək


Alexander Van der Bellen və Norbert Hofer

Alexander Van der Bellen və Norbert Hofer

Avstriyanın Konstitusiya məhkəməsi cümə günü ölkədə təkrar prezident seçkisi keçirilməsi barədə qərar qəbul edib.

Qatı-millətçi “Azadlıq” partiyası mayın 22-də keçirilən seçkidə pozuntularla bağlı şikayət vermişdi.

Qeyd edək ki, bu partiyanın namizədi Norbert Hofer seçkinin ikinci mərhələsində “Yaşıllar” partiyasının keçmiş lideri Van der Bellenə məğlub olmuşdu.

“Azadlıq” partiyası məhkəmədə, səslərin sayılmasına hüququ olmayan insanların buraxılması da daxil olmaqla bir sıra pozuntularla bağlı dəlillər təqdim edib.

Qeyd edək ki, qatı-millətçi “Azadlıq” partiyası miqrantlara qarşıdır.

Yeni seçki sentyabr və ya oktyabra təyin edilə bilər.

Bunadək ölkəni Hofer də daxil olmaqla 3 parlament lideri idarə edəcək.

Əgər Hofer yeni seçkidə prezident seçilsə, Avropa Birliyi ölkəsində ilk qatı-millətçi ölkə başçısı olacaq.

Avstriyada prezident təmsilçi funksiyası daşısa da parlamentin aşağı palatasını buraxa bilər. Bu isə vaxtındanəvvəl seçki deməkdir.

XS
SM
MD
LG