Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:28

-

SOCAR-ın bu ilin iyun ayında 33 816 ton dizel, 15 157 ton təyyarə, 6 535 ton yüksək təzyiqli polietilen və 1 252 ton izopropil spiriti ( təmizlik məqsədi ilə istifadə edilir) ixrac etdiyi bildirilir.

Bundan başqa onun 6 873 ton maye piroliz qətranı və 5 500 ton digər məhsullar ixrac etdiyi qeyd edilir.

Bu haqda şirkətin saytı xəbər verir.

2016-cı ilin 6 ayı ərzində isə 389 223 ton dizel, 128 738 ton təyyarə yanacağı ixrac edilib. Bu il ixrac edilən dizel yanacağının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20,87 faiz azalıb. İxrac edilən təyyarə yanacağının həcmində isə artım olub.

SOCAR-ın bilgilərinə görə, iyunda 1,676 milyon ton neft ixrac edilib. Novorossiysk limanından 159 574, Supsa limanından 176 120, Ceyhan limanından isə 1 340 337 ton xam neftin ixrac edilib.

Supsa limanından neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,1, Ceyhan limanından xam neft ixracı isə 30,4 faiz azalıb.

Yanvar-iyun aylarında ümumilikdə Novorossiysk limanından 479 073, Supsadan 1 217 067, Ceyhan limanından 8 536 793, Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.

Ötən illə müqayisədə ixrac Novorossiysk limanından 29,4, Supsadan 20,2, Ceyhan limanından isə 7,3 faiz azalıb.

Şirkət bildirir ki, iyunda dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 48,34 dollara, "Urals" - 47,15 dollara, "BTC FOB Ceyhan" isə 49,41 dollara satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG