Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

-

“Ali Baş Komandan, “biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın” fikrini dəfələrlə vurğulayıb. Biz də əlimizdən gələni edib torpaqları işğaldan qısa bir müddətdə azad edəcəyik".

Müdafiə naziri Zakir Həsənov bu gün yeni tikilən növbəti hərbi hissənin açılışında belə deyib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir islahatlardan da danışıb.

“Orduya ən müasir, aparıcı dövlətlərin istehsalı olan yeni silahlar, sursatlar, avadanlıq və texnikalar qəbul edilir. Silahlı Qüvvələrin sosial bazası möhkəmlənir, şəxsi heyətə yeni şəhərciklər istifadəyə verilir. Onlara xidməti yüksək səviyyədə təşkil etməkdən ötrü bütün şərait yaradılır. Artıq, bu il bir neçə hərbi hissənin açılışını həyata keçirmişik. Bunların hamısı torpaqlarımızn işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsi üçündür”, nazir bildirib.

Xəbərdə qeyd edilir ki, rəhbərlik cəbhə bölgəsində yeni inşa edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanaları, yeməkxana, qazanxana-camaşırxana kompleksi, ərzaq anbarı, tibb məntəqəsi, sıra meydanı və digər obyektlərlə tanış olublar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini vəona bitişik 7 rayonu işğal ediblər.

Bu ilin aprelində cəbhədə yenidən hərbi əməlyatlar baş verib.Hər iki tərəf onlarla itgi verib.Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, bir neçə strateji yüksəkliklər azad edilib.Aprelin 5-də tərəflər yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Azərbaycan və Ermənistan prezidentlərinin may, iyun ayında keçirilən görüşlərindən sonra da tərəflərin sülh danışıqlarına sadiq qaldıqları açıqlanıb.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 1 iyul

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 1 iyul

11 nəfər 1 otaqda yatırıq - Qəzalı binanın sakinləri danışır

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG