Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

"Barselona" hücumçusu Neymarla müqaviləni uzadıb.

Reutersin məlumatına görə, yeni müqaviləyə əsasən Neymar 2021-ci ilə qədər” Barselona” da qalacaq.

Braziliyalı futbolçunun təzminat qiyməti də müəyyənləşib.

Onu almaq istəyən klub ilk ildə 200, ikinci il 222, üçüncü ildə isə 250 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, onunla Madridin "Real" və Fransanın PSJ klubları da maraqlanırdı.

Neymarın indiki müqaviləsi 2018-ci ildə başa çatır.

Neymar “Barselona”ya 2013-cü ildə Braziliyanın “Santos” klubundan keçib.

O, ötən mövsüm La Liqada 31 qol vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG