Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 03:48

-

Mərkəzi Bankın (MB )iyulun 1-nə olan məlumata görə, 4 milyard 283,9 milyon ABŞ dolları ehtiyatı var .

Bu keçən ilin analoji dövrünə nisbətən elə 4 milyard 236,3 milyon dollar azdır. Son bir ildə Mərkəzi bankın valyuta ehtiyatı yarıbayarı azalıb.

May ayı ilə müqayisədə iyunda valyuta ehtiyatları 400 min dollar azalıb.

Buna qədər son 3 ayda isə valyuta ehtiyatlarında artım müşahidə edilirdi. Buna əsas səbəb MB-nin hərraclarda alıcı kimi sıxış etməsi idi.

2014-cü ilin sonunda isə Mərkəzi Bankın valyuta ehtiyatı 15 milyard dollara yaxın olub. Həmin dövrlə müqayisədə Mərkəzi Bankın ehtiyatlarının az qala 4 dəfə azaldığı bəlli olur.

Ekspertlərin fikrincə, Mərkəzi Bank uzun müddət manatın məzənnəsini qorumaqdan ötrü bazara əlavə dollar çıxarıb. Ancaq bununla belə ötən il ölkədə iki dəfə devalvasiya baş verdi. Manat dollar qarşısında iki dəfə dəyər itirdi.

XS
SM
MD
LG