Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

-

“Polis mədəniyyəti, nəzakətli davranışı ilə nümunə, vətəndaşlarımızın güvənc yeri olmalıdır”.

Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə daxili işlər naziri Ramil Usubov belə deyib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir bildirib ki, polis xidməti borca daim sadiq qalmalı, əzm və fədakarlıqla çalışmalıdır.

“Vətəndaşlarımız da əmin olmalıdırlar ki, onlar lazım olan anda kömək və qayğını məhz polisdə tapacaqlar. Bizim üçün ən böyük, ən dəyərli və obyektiv qiymət isə xalqın dövlətinə inamıdır”, nazir vurğulayıb.

R.Usubov qeyd edib ki, müstəqilliyi, dövlətçiliyi, ictimai asayişi, qanunçuluğu və xalqın əmin-amanlığını etibarlı qorumaq polisin qarşısında duran ən mühüm vəzifələrdir.

Tədbirdə Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara xüsusi rütbə paqonları təqdim edilib.

Vətəndaş cəmiyyəti təmsilçiləri isə hasab edirlər ki, Azərbaycanda polis siyasətə qoşulur. Onların fikrincə, hakimmiyət azadlıqların boğulmasında polisdən alət kimi istifadə edir.

Hətta, bir neçə il öncə beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən kütləvi aksiyalar zamanı zorakılığa yol verən polislərin cəzalanmasını istəmişdi.Bununla bağlı ölkə ictimayyətinə bilgi verən president İlham Əliyev də beynəlxalq təşkilatların istəyinin yolverilməz olduğunu söyləmişdi.

Prezident İlham Əliyev iyunun 30-da polis sistemində iki şəxsə general-mayor rütbəsi verib.

“Qafqazinfo”nun xəbərinə görə, onlardan biri Zaur Abdullayev Çevik Polis Alayının, Elçin Həsənov isə nazirliyin Maddi-Təchizat İdarəsinin rəisidir.
Azərbaycan müxalifətinin bildirməsinə görə, hakimiyyət azadlıqların boğulmasında xüsusilə Çevik Polis Alayından istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG