Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:45

-

Jurnalist Fərəməz Novruzoğlunun (Allahverdiyev) ötən gecə saatlarında bıçaqlandığı bildirilir.

Turan-ın xəbərinə görə, hadisə metronun "Gənclik” stansiyası yaxınlığında mağazada baş verib. Jurnalisti tanımadığı şəxslərin bıçaqladığı söylənir.

Fərəməz Novruzoğluna iki bıçaq zərbəsi vurulduğu deyilir.

Xəbərdə qeyd edilir ki,zərbələrdən biri onun qolunu kəsib, digəri isə böyrək nahiyyəsini kürəy istiqamətində parçalayaraq daxili orqanlarını zədələyib.

Jurnalistin oğlu Elçibəy Allahverdiyevin bildirdiyinə görə, atasını yaralı halda ərazidəki polis əməkdaşları 1 saylı Şəhər Klinik Xəstəxanasına (keçmiş Semaşko adına xəstəxana) gətiriblər. F.Novruzoğlu əməliyyat edilib.

Hadisənin hansı şəraitdə baş verdiyi və Fərəməz Novruzoğlunun səhhəti haqda, hələlik, əlavə açıqlama verilmir.

F.Allahverdiyev 2012-ci il aprelin 17-də həbs olunmuşdu. O, sosial şəbəkələrdəki ifadələrinə görə, Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşlara çağırış), habelə 318 (sərhədi qanunsuz keçmə) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.Ancaq 2014-cü ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı.

Fərəməz Novruzoğlu əvvəllər “Noa Bene” qəzetində çalışıb. O, milli azadlıq hərəkatının fəallarından olub.Azərbaycan Xalq Cəbhəsin Şərur təşkilatına rəhbərlik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG