Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 06:00

Türkiyənin hərbi təyyarələri PKK yaraqlılarının İraqın şimaləndakı Haftanin rayonundakı mövqelərini bombalayıb.

Türkiyə ordusu iyunun 30-da keçirilən əməliyyat barədə bir gün sonra məlumat yayıb.

Ötən il tərəflər arasında atəşkəs sazişi pozulduqdan sonra Türkiyə ordusu İraqın şimalında PKK yaraqlılarına qarşı reydləri bərpa edib.

Əməliyyat iyunun 23-də İstanbul hava limanında 44 nəfərin ölümü ilə nəticələnən terror aktlarından sonraya təsadüf edir.

Hakim dairələr bəyan edib ki, bu hücumların arxasında “İslam dövləti” qrupu durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG