Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:39

-

“Azərbaycan hökuməti hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verib. Hər iki ölkəni bir-birinə yaxın edən çoxsaylı tarixi hallar mövcuddur”.

Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in fəaliyyətdə olan sədri, almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə göndərdiyi məktubda belə deyilir. Məktub Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinə həsr edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin saytı məktubun mətnini yayıb.

Məktubda xatırldılır ki, 1947-ci ildə Bremen muzeyindən götürülən məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk və Jakob van Ruisdalın əsərləri 1999-cu ildə prezident Heydər Əliyevin sərəncamına əsasən Almaniyaya geri verilib. Alman arxitektorların layihələndirdiyi çoxsaylı arxitektur binaların, hələ də, Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığı da məktubda ifadə edilib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO-nun rəsmi bayramları siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Almaniya və Gürcüstanla birlikdə UNESCO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart, Tbilisi şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub.

Nazir alman həmkarına bununla əlaqədar planlanan tədbirlər haqda bilgi verib.

Frank-Valter Ştaynmayer elə iyunun 30-da Azərbaycanda səfərdə olub. O. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşdə həm Qarabağ münaqişəsi, həm də ikitərəfli məsələlərlə bağlı müzakirə aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG