Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:30

Rusiyanın İrkutsk vilayətində onlarla meşə yanğını tüğyan edir.

İyunun 15-dən vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Amma hələlik yanğının öhtəsindən gəlmək mümkün olmayıb.

Fövqəladə hallar nazirliyinin məlumatına görə yanğın 30 min hektardan çox əraziyə yayılıb.

Amma ekoloji təşkilat olan “Qrinpis” bu məlumatın 10 dəfə azaldıldığını və yanğının 100 minlərəəraziyə yayıldığını bildirir.

Könüllü yanğınsöndürən Sergei Myadzelets uçqar yerlərdə vəziyyətin daha gərgin olduğunu deyir: “Baykal-Alenskiy təbiət qoruğunda vəziyyət ötən ildəkindən daha pisdir. Təəssüf ki, ora nəqliyatla getmək heç cür mümkün deyil. Yalnız aviasiya ilə nəsə atmaq olar”.

Fövqəladə hallar nazirliyi iyulun birində yanğının söndürülməsilə məşğul olan İL-76 təyyarəsinin itdiyini açıqlayıb.

Təyyarədə 11 nəfər olub, onynla əlaqə kəsilib.

Be-200 təyyarəsi və Mi-8 vertolyotları onun axtarışına qalxıblar.

Eyni vaxtda könüllülər yerdə axtarışa qoşulublar.

Fövqəladə hallar nazirliyi xəbərdarlıq edib ki, quraqlıq davam etdiyindən vəziyyət yaxın günlərdə daha da pisləşəcək.

Nazirlik buna görə süni yağış yağdırmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG