Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:27

-

Kremlin uşaq hüquqları ombudsmanının istefa verdiyi bildirilir. Bir həftə öncə onun 14 uşağın ölümüylə nəticələnmiş hadisədən sağ çıxan birinə “Necə üzdünüz?” yazması ölkədə narazılıq yaratmışdı.

İyunun 30-da Rusiyanın aparıcı media qurumları Pavel Astakhov-un istefa ərizəsini Prezident Vladimir Putin-ə təqdim etdiyini yazıb.

Vaxtilə o, Moskvanın Vaşinqtonla əcnəbi uşaqların övladlığa götürülməsi qalmaqalının mərkəzində durdu.

Müstəqil RBC qəzeti Kremldə iki mənbəyə istinadla yazıb ki, Astakhov ərizəsini təqdim edib və bir neçə günə götürməyi planlaşdırdığı məzuniyyətdən sonra qüvvəyə minəcək.

Məlumatı hələlik, nə Kreml, nə də Astakhov-un ofisi təsdiqləməyib.

Bir maraqlı məlumatı da “Kommersant” yayıb. Guya Astakhov iyunun 30-da Rusiya Xarici İşlər Nazirliyində Putin-lə görüşü tərk edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG