Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

4 uşaq anasının özünü asdığı deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Tərtər rayon Sarov kəndində intihar hadisəsinin baş verdiyi bildirilir.

«Qafqazinfo»nun xəbərinə görə, 30 yaşlı Pərvanə Dünyamalıyevanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb.

Faktı rayon Polis Şöbəsi də təsdiqləyib. Dörd uşaq anası olan Pərvanə Dünyamalıyevanın ölüm səbəbi açıqlanmır.

Son zamanlar ölkədə intihar hallarının artdığı deyilir. Ancaq ölkədə intiharların səbəblərini araşdıran ayrıca mərkəz yoxdur. Mətbuatda gedən araşdırmalarda isə insanların daha çox maddi problemlər üzündən canlarına qıydıqları bildirilir.

XS
SM
MD
LG