Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 07:41

İspaniya yığmasının baş məşqçisi Vicente del Bosque AÇ-2016-da yaşanan fiasko üzündən milli komandanı tərk edəcəyi haqda yayılan xəbərləri təsdiqləyib.

Əvvəllər xəbər verilirdi ki, məşqi yerli futbol qurumunun prezidenti Ángel María Villar-la görüşərək, mövqeyini açıqlayıb və istefasının qəbul olunmasını xahiş edib. AS Vicente del Bosque-nin aşağıdakı açıqlamasını yayıb:

«Heç bir şübhəniz olmasın, yığmanı tərk edirəm. AÇ-2016-dakı nəticədən asılı olmayaraq, bu qərarı verəcəkdim. Müqaviləmin müddəti iyulun 31-də bitir. Rahatca həmin günü gözləyəcək və əməkdaşlığı bitirəcəyik. Villar həmişə yığma üçün yaxşı məşqçilər seçib. Onun bir neçə parlaq namizədi var. Federasiyanın rəhbərliyi nə desə, elə də edəcəm. Rəhbərliyə sualım və ya iradım yoxdur. Bundan sonra bir daha məşqçi kreslosunda oturmayacam. Futboldan gedirəm, ancaq nədəsə kömək lazım olsa, mütləq bunu edərəm».

XS
SM
MD
LG