Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

-

Belçika Futbol Federasiyası bu ölkədən olan azarkeşlərin iyunun 18-də İrlandiya ilə Bordoda keçirilən oyunda (3:0) təxribatçı davranışına görə UEFA-nın kəsdiyi cərimədən apellyasiya şikayəti verməyəcək.

Xatırladaq ki, UEFA tüstü qumbaralarına görə Belçika Futbol Federasiyasını 5 min avro cərimələyib. Belçikanın futbol qurumunun saytında yer alan bəyanatda deyilir:

«Cəzanı qəbul edirik. Ancaq stadionda qayda-qanunları pozanların üzə çıxarılması və cəriməni məhz onların ödəməsi üçün hər şey edəcəyik. Fransadan olan həmkarlarımızdan əllərindəki bütün materialları bizə təqdim etməyi xahiş etmişik».

XS
SM
MD
LG