Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:53

«Sovetski»dəki söküntülərin evləri bahalaşdırdığı deyilir


Gömrük
Gömrük

Gömrükdə islahatlar, son həbslər, üçüncü devalvasiya gözləntiləri və əmlak bazarında canlanma bu gün medianın əsas mövzusudur.

İNKİŞAFI STİMULLAŞDIRAN İSLAHATLAR

«Azərbaycan» qəzetində gömrük sistemindən bəhs edən «İnkişafı stimullaşdıran islahatlar» adlı məqalə dərc olunub.

Yazı daha çox ölkəyə daxil olan malların gömrük sistemindən keçirilməsi ilə bağlı yeni qaydalar haqda məlumatlandırma xarakteri daşıyır. Əsas yeniliklər - «Yaşıl dəhliz», «Mavi dəhliz», «Sarı dəhliz» və «Qırmızı dəhliz» anlayışları ilə bağlıdır.

Müəllif yazır ki, «yaşıl dəhliz» gömrük qanunvericiliyinə uyğun mal və nəqliyyat vasitələrinin fiziki yoxlamadan keçmədən buraxılış sistemidir. Mavi, sarı və qırmızı dəhlizlərdə qaydalar tədricən sərtləşdirilir.

Yazıda yeniliklərin məqsədi belə izah edilir: «Tətbiq edilən yeniliklərin üstünlüyü ondadır ki, idxalçılar gömrük sistemində əvvəllər onların işlərində çətinlik yaradan mənfi hallarla rastlaşmayacaq. Mal və məhsulları sərhəddən qısa vaxtda keçirə biləcəklər».

Qənimət Zahid
Qənimət Zahid

ORTA ƏSR TƏFƏKKÜRÜNDƏN İMTİNA ET

«Azadlıq» qəzeti «Azərbaycan saatı» proqramının aparıcısı Qənimət Zahidin qohumları Rüfət və Rövşən Zahidovların həbsinə geniş yer ayırıb. Qəzet məsələ ilə bağlı Milli Şuranın bəyanatını da dərc edib.

Bəyanatda bu həbslər hakimiyyətin vicdanlı insanları şərləməsi, tənqidçilərinə qarşı yolverilməz metodlarla mübarizə aparması və ictimai-siyasi fəallara yaxınları ilə təzyiqlər etməsi kimi dəyərləndirilir: «Q.Zahidin prinsipial və ardıcıl fəaliyyəti, ölkədəki korrupsiya faktlarını üzə çıxarması, hökumətin əsl mahiyyətini cəmiyyətə təqdim etməsi rejimi ciddi narahat etdi və ondan qisas almağa çalışdılar»,- bəyanatda vurğulanır.

Açıqlamada qeyd edilir ki, Rüfət və Rövşən Zahidovlar narkotik ittihamı ilə həbs edilsələr də, artıq «vicdan məhbusu» kimi tanınırlar: «Yəni növbəti dəfə hakimiyyətin böhtan siyasəti ifşa olundu və ölkənin qanunlarla yox, bir neçə şəxsin istəyi ilə idarə olunduğu göründü. Milli Şura hakimiyyəti orta əsr təfəkküründən imtina etməyə, müasir dünya ilə ayaqlaşmağa, xalqla düşmənçiliyə son qoymağa və bütün siyasi məhbusları azad etməyə çağırır»,- bəyanatda deyilir.

Manat
Manat

ÜÇÜNCÜ DEVALVASİYA GÖZLƏNİR

«Exo» qəzetində dərc edilən «İnflyasiyanı ləngitmək mümkün olmur» sərlövhəli məqalədə ekspertlərlə manatın gələcək taleyi dəyərləndirilir.

İqtisadçı Oqtay Haqverdiyev deyir ki, ölkədə maliyyə qıtlığı yaşanır: «Ölkədə normal dövriyyəyə əvvəllər olduğu kimi, 11 milyard manat vəsait lazımdır. Amma hal-hazırda bu rəqəm 7 milyard manatdan çox deyil. Bununla belə, bazarda manat kütləsi tədricən çoxalır. Mərkəzi Bank inflyasiyanı dayandırmaq məqsədilə daxili bazarda manat kütləsini bilərəkdən azaldaraq, faktiki ilin əvvəlindən kredit verməyib».

İqtisadçının fikrincə, bu hal uzun müddət belə davam edə bilməz. Çünki ölkədə milli valyutaya ehtiyac var. Ancaq o, hesab edir ki, dövriyyədə manat artdıqca, inflyasiya da yüksələcək.

Başqa bir ekspert Əkrəm Həsənov isə yaxın gələcəklə bağlı qəzetə öz proqnozlarını açıqlayıb: «İlin sonuncu rübünə yaxın Mərkəzi Bank və Maliyyə Nazirliyi belə nəticəyə gələcək ki, manatın üçüncü devalvasiyası zərurətdir. Əks halda büdcəni doldurmaq mümkün deyil».

Ə.Həsənov da deyir ki, bazarda manatın həcminin artması onun məzənnəsinin enməsinə səbəb olacaq. Ekspertin fikrincə, manat hələ öz fundamental dəyərini tapmayıb.

Bina
Bina

EVLƏRİN QİYMƏTİ ARTIR

«Bizim yol» qəzetində isə ««Sovetski»dəki söküntülər əmlak bazarında canlanma yaradıb, qiymətlər nisbətən artıb» sərlövhəli məqalə oxumaq olar.

Yazıda qeyd edilir ki, hazırda daşınmaz əmlak bazarı durğunluq yaşayır. Neftin ucuzlaşması və böhran ölkə iqtisadiyyatının bütün sahələrinə mənfi təsir göstərib. Məqalədə oxuyuruq: «Əhalinin gəlirləri azalıb, ticarət zəifləyib, dövlət ipoteka kreditləşməsi ləngiyir. Rusiyadan Azərbaycana gələn pullar kəskin azalıb və bu səbəblər mənzil bazarında alqı-satqını azaldıb».

Müəllif yazır ki, böhran həm əmlak sahiblərinə, həm də müştərilərə mənfi təsir etdiyindən qiymətlər nisbətən düşüb. Amma son zamanlar nisbi canlanma var. Bu da müəllifin fikrincə, Bakının ayrı-ayrı hissələrindəki söküntülərlə bağlıdır.
Əmlak bazarının rieltorlarından (alqı - satqı agenti) Elçin Həsənli də qəzetə deyib ki, əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Ev almaq istəyənlər də əsasən ipotekaya üstünlük verirlər.

Ekspertlərdən Anar Nəsirov isə həyət evlərinə marağın artdığını deyib: «Burada qiymətlər 10 min manatdan başlayır, yaxşı vəziyyətdə olan evi 80-90 min manata almaq olar. Amma bu da var ki, qiymətlər aşağı olduğundan çoxları satışa çıxardıqları evləri sonra satmaq fikrindən daşınırlar».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG