Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:16

-

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) mühacirətdə yaşayan azərbaycanlı jurnalist Qənimət Zahidin qohumlarının məhkum edilməsilə bağlı bəyanat yayıb.

Bu həftə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidov və əmisi oğlu Rövşən Zahidovun hər biri 6 il azadlıqdan məhrum edilib. Onlar narkotik maddə saxlamaqda təqsirli bilinib. Özləri isə günahsız olduqlarını, məhz Qənimət Zahidin qohumları olduqlarına görə həbsə atıldıqlarını bildirirlər.

Qənimət Zahid də qohumlarının ondan qisas almaq məqsədilə həbs edildiyini deyir. O, baş verənləri, özəlliklə, müəllifi olduğu "Azərbaycan saatı" televiziya proqramında hökumətin sərt tənqid olunması ilə əlaqələndirir.

RSF bildirir ki, hakimiyyət ölkədən çıxmış müstəqil jurnalistləri, müxalifətçiləri və insan haqları fəallarını birbaşa hədəfə ala bilmədiyindən onların ailə üzvlərinə, qohumlarına təzyiq göstərir.

“Biz bu hökmü, ondan da betərini gözləyirdik. Burada təəccüblü bir şey yoxdur. Dövlətin bu cür davranışına alışmışıq. Şəxsən mən bunu “dövlət terroru” adlandırıram. Bu, qohumlarımızın məhkəməsindən öncə başlamışdı. Təəssüf ki, hökumət uzun müddətdir belə bir taktika seçib”.

RSF-dən Johann Bihr beynəlxalq ictimaiyyəti Azərbaycanda plüralizmin bərpasını və despotizmə son qoyulmasını tələb etməyə çağırıb.

RSF Azərbaycanı Mətbuat Azadlığına görə 180 ölkə içində 163-cü yerə qoyub.

Hakimiyyət isə beynəlxalq tənqidləri qəbul etmir, ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç kəsin təzyiqə məruz qalmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG