Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

-

ABŞ Dövlət katibi John Kerry gələn həftə Gürcüstana səfər edəcək və Tbilisinin NATO və Avropa Birliyi ilə əlaqələrinin sıxlaşmasını müzakirə edəcək. Məlumatı Dövlət Departamenti yayıb.

Departamentin sözçüsü John Kirby iyunun 30-da deyib ki, Kerry Gürcüstan prezidenti, baş naziri, müxalifət liderlərilə görüşəcək, oktyabrda gözlənən seçkidən də danışacaq.

Ertəsi gün, iyulun 7-də isə Kerry Kiyevə gedəcək, Ukrayna prezidenti, baş nazirilə görüşəcək, islahatların vacibliyini, ölkənin şərqində atəşkəsi nəzərdə tutan Minsk razılaşmasını götür-qoy edəcək.

Həftəsonuna isə Kerry ABŞ Prezidenti Barack Obamayla birlikdə Varşavada NATO sammitinə qatılacaq. Burada liderlərin Şərqi Avropada alyans qüvvələrinin sayını artırmaq məsələsini müzakirə edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG