Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

İyunun 30-da Bakının «Neftçi» klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununu səfərdə Maltanın «Baltsan» klubuna qarşı keçirib.

Paytaxt təmsilçisi Malta klubunu iki cavabsız qolla məğlub edib - 2:0.

«Neftçi»nin ilk qolunu oyunun 14-cü dəqiqəsində Rəhman Hacıyev vurub. Oyunun sonuna 7 dəqiqə qalmış isə Ruslan Qurbanov 11-metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək «Neftçi»nin qələbəsini təmin edib.

Cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək.

«Neftçi» turu keçəcəyi təqdirdə II təsnifat mərhələsində «Şkendiya» (Makedoniya) – «Krakoviya» (Polşa) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG