Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

-

Rusiya Prezidenti Vladimir Putin deyir ki, Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsinin “travmalı təsiri” uzun müddət hissi olunacaq. Amma qlobal bazarların bu xəbərə təlatümlü reaksiyası artıq səngiyib.

“Referendumun təsirləri bazarları çalxalayıb, ancaq orta müddətə hər şey bərpa olunacaq”, Putin iyunun 30-da Moskvada rusiyalı diplomatlar qarşısında deyib.

Putin daha sonra vurğulayıb ki, “referendumun nəticələrinin travmatik təsirinin uzun müddət hiss olunacağı aydın məsələdir”.

Putin-in Britaniyada gözlənən siyasi və iqtisadi narahatlıqdan məmnun qalması barədə şübhələrə baxmayaraq, o, israrla bildirib ki, Rusiyanın iyunun 24-də Britaniyada keçirilən səsverməyə təsiri olmayıb.

“Bir daha vurğulamaq istəyirəm ki, “Brexit” Britaniya xalqının seçimidir. Bu prosesə müdaxilə etməmişik və heç cür də ona qarışmırıq”.

“İndi görək, demokratiya prinsiplərini necə yerinə yetirəcəklər”, Putin deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG