Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:04

D. Mitchell: Televiziya ədəbiyyatdan daha böyük təsir gücünə sahibdir


Devid Mitçel
Devid Mitçel

-

"Məsəlçün, indi poeziya demək olar dünyada oxucusunu itirib. Bütün bunlara görə ədəbiyyatı hakimiyyət yaxud təsir gücünə sahib bir nəsnə kimi görmürəm".

David Mitchell tanınmış ingilis romançısıdır. Onun “Bulud atlası” bestselleri ekranlaşdırılıb. İndiyədək onun yeddi kitabı yayımlanıb, o kitabların isə ikisi Buker mükafatının qısa siyahısına düşüb. O Moskvada keçirilən “Literaturniy ping-pong” adlı ədəbi gecədə iştirak edib və oxucularının suallarına cavab verib.

- Siz hər şeydən öncə romançısınız. Roman yazmağn çətin tərəfi nədir?

- Hər kitabın, hər fəsilinin öz problemli zonaları var. Roman üzərində işləyərkən isə o problemlərin həllini gələcəyə saxlayırsan. Ən çətini sonradan özünü onların həllinə məcbur etməkdir. Hal-hazırda kitabımda üzləşdiyim belə bir problem haqqında düşünməkdəyəm. Problemli zonalar olduqca mühüm və çətindir, onlarda asanlıqla yaxa qurtarmaq mümkün deyil, amma gərək əməlli-başlı arxasınca düşəsən. Elə mətn var tam nəzarətindədir, dilini idarə edə bilirsən, bir də görürsən səhnələr öz-özündən başa gəlir. Ancaq eləsi də olur, sanki ilk dəfədir ki, yazırsan, bax beləsi işin ən çətin bölümüdür, neynəyəsən ki, daha böyük zövqü də belə mətndən ala bilirsən.

- Çoxmu oxuyursunuz?

- Az oxuyanda özümü ədəbiyyat aləminin üzünə qapatmaqda günahkar bilirəm. Ancaq çox da oxuyanda, az yazmağın günahkarlığı məni bürüyür. Yazıçı kimi işlədikcə daim özünü günahkar bilirsən. Eynilə katolik kimi.

- Bir qədər ənənəvi sual olsa da, istərdim soruşum, rus ədəbiyyatı sizə necə təsir edib?

- Mən Chekhovu müqəddəs himayədarım bilirəm. Əlbəttə, onu sevən çox yazıçı var, amma mən hər il Chekhovu yenidən oxuyuram. O mənə ədəbiyyatda əsas gücün ideyalar deyil, insanlarda olduğu inancını verir. Bulgakovu da çox sevirəm. Ümumiyyətlə ingilisdilli aləmdə o xeyli məşhurdur. Bulgakov ədəbi axtarışlarn ustasıdır, onun böyük “çexov” ürəyi var. Məsəlçün, Nabokov da axtarışlarda geridə qalmır, amma onun “platonov” ürəyi var. Onu insanlar yox ideyalar ilgiləndirir.“Master və Marqarita”da ağlasığmaz fantastik səhnələr var, paralel təhkiyəçilik var – ancaq bütün bunları asanlıqla korlamaq mümkün idi, ancaq Bulgakov yanılmayıb.

L. Tolstoyun "Anna Karenina" romanı azərbaycanca.
L. Tolstoyun "Anna Karenina" romanı azərbaycanca.

Əgər özünü düzgün kökləyib oxusan, o kitab səni ağlada bilər. O olduqca təsirlidir. Bir də Tolstoy var. Məsəlçün, “Anna Karenina” – 700 səhifəsi var, amma bircə saniyəsi də darıxdırıcı keçmir. Özünüz təsəvvür edin, belə nəhəng kitabı yazmaq və adamı darıxdırmamaq nə qədər çətin işdir. Hətta Dickens özü də ən yaxşı kitablarında keçid səhnələrinə yol verirdi. Çox uzağa getməyin, götürün “Üzüklərin hökmdarını”, orda bəzən qarşımıza dəhşət dözülməz səhnələr çıxır, ancaq Tolstoy belə uzun məsafədə belə maraqlılığını qoruya bilir.

- Müasir dünyada ədəbiyyatın yeri haqda nə düşünürsünüz? O yüz il əvvəlki önəmini qoruya bilibmi?

- Ədəbiyyatın nə vaxtsa dünya üçün xüsusi bir önəmi olduğuna inanmamışam. Yüz il öncə xalqın kiçik bir hissəsi kitab oxuyurdu. Bu gün də vəziyyət bənzərdir və bu normaldır. Oxucuların sayı ədəbiyyatın ayaqda qalması üçün kifayət edir. Ən əsası budur. Mənimçün ədəbiyyat zərərli vərdişdir, elə buna görə də yazıram. Əgər məsələyə qlobal məqsədlərdən baxsaq, deyərdim ki, insanların əhvalatlara qulaq asıb sonra onu danışmaq kimi genetik ehtiyacları

Devid Mitçell kitab sərgisində
Devid Mitçell kitab sərgisində

var. Bunun kökü tarixöncəsində insanların tonqal ətrafında yığışıb əhvalatlar danışdığı dövrlərə qədər gedib çıxır. Qədim Yunanıstanda insanların bədən və aktyorluq sənəti ilə ortaya çıxardığı yeni təhkiyəçilik üsulu da öz əsasını bu ehtiyacdan götürüb. Ya da intibah dövründəinsanların kitab çap etməyə başlaması və romanın ortaya çıxması, kinonun yaranması, indi-indi vüsət almağa başlamış videooyunlar və s. –də ola bilsin həmin o tonqal ətrafında danışılan əhvalatların yeni üsullarıdır.

Ədəbiyat həmin iştahı doyuzdurur. Roman forma kimi dörd əsrdir mövcuddur və bu istənilən sənət növü üçün kifayət qədər uzun dövrdür. Ədəbiyyat hər şeydən öncə dildən istifadə edir, onun köməyilə təxəyyülün sərhəddlərini genişləndirir və yaxşılaşdırır. O insanın mövcudluğunun məqsədini tapmağa kömək edir. Ədəbiyyat həyatın xaosunu bir yerə toplayır, nizama salır və bizi hər şeydən çox maraqlandıran sualların cavablarını tapmağa yardımçı olur. O ya ölüm ya da sevgidən bəhs edir, xüsusilə də sevgidən.

Dickens yaxud Tolstoy indi yaşasaydılar, HBO televiziyasında serial ssenarisi yazardılar.

- Siz 2007-ci ildə “Time” dərgisinin “Planetin 100 ən nüfuzlu insanı” siyahısına düşmüsünüz. Siyasətçilər və dünyanı idarə edən digər insanların toplaşdığı o siyahıya düşərkən nə hiss etdiniz?

- Bu mənimçün böyük şərəf oldu. “Time” dərgisinə nə qədər təşəkkür etsəm azdır, amma özümü qətiyyən planetin nüfuzlu insanlarından biri hesab etmirəm. Bunu mənim arvadım da təsdiqləyər. Məncə yazıçının elə böyük gücü yoxdur. Nə bu gün, nə də tarixin hansısa bir dövründə. Bu sadəcə mifdir. Shelley deyirdi ki, şairlər dünyanın qanunvericiləridir. Ancaq bu bir növ özünüidentifikasiyadır. Əslində tamamilə belə deyil. Məsəlçün, indi poeziya demək olar dünyada oxucusunu itirib. Bütün bunlara görə ədəbiyyatı hakimiyyət yaxud təsir gücünə sahib bir nəsnə kimi görmürəm. Televiziya ədəbiyyatdan daha böyük təsir gücünə sahibdir.

- İndi ki, televiziyadan danışdıq. Sizdən seriallar haqda soruşmaq istərdim. Bu gün seriallar çox populyardır. Bəzən hətta onu ənənəvi böyük romanların davamı kimi görürlər. Bəs siz nə düşünürsünüz?

- Bu fikirlə razıyam. İndi amerikan TV-si qızıl əsrini yaşayır. “Taxt oyunları” - əladır, “İzləmələr” möhtəşəmdir, “Klan Soprano” – dahiyanədir. Görün necə gözəl çəkiliblər. Onlarla müqaisədə bizim uşaq vaxtı baxdıqlarımız cəfəngiyyat idi. Bu dövrdə doğulanların bəxti gətirib. Həqiqətən serialları XX əsrin böyük romanları ilə müqaisə etmək lazımdır. Əgər Dickens yaxud Tolstoy indi yaşasaydılar, HBO televiziyasında serial ssenarisi yazardılar.

- Siz beş kitab yazıbsınız. Yazıçı kariyerasının başında olanlara nə məsləhətlər verərdiniz? Elə məsləhətlər ki, özünüz beş kitabınızdan öncə mütləq onlara əməl edərdiniz.

- Ən böyük məsləhətim, hər səhifədə bir metaforadan artıq işlətməsinlər, təkcə bu şərtə əməl edərək ortaya xeyli yaxşı kitab qoymaq olar. Ümumiyyətlə isə yazmağı öyrənmək üçün ediləcək bircə şey var o da yazmaq. Lazımi addımları yazı prossesi zamanı öyrənmək mümkündür.

2013

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG