Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:00

"Maşın bazarı"nda 930 kvadratmetr ərazi yanıb [VİDEO]


Maşın bazarında yanğın
Maşın bazarında yanğın

-

Yanan mağaza sahibi: Bütün malım yanıb
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidəki yanğında 930 kvadratmetr ərazi yanıb.

Apa-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.

Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb:

“Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.

Rza Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib.

“Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.

O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib.

Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Bakıda maşın bazarında yanğın olub
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

***

Hadisə yerindəki jurnalist məlumat verir ki, maşın aksesuarları satılan mağazaların çoxu yanıb.

Yanan mağaza sahiblərindən Rövşən Nemətov deyir ki, mağazada olan bütün ləvazimatlar yanıb. Ona 25 min manata qədər maddi ziyan dəyib.

Fövqaladə Hallar Nazirliyi hələ ki, yanğının miqyası və səbəbləri barədə açıqlama verməyib.

***

Bakının Nizami rayonunda "Maşın bazarı" kimi tanınan ərazidə yanğın olub. Yanğının söndürülməsinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin 20-dək maşını cəlb olunub. Yanğın söndürülüb.

Apa-nın məlumatına görə, FHN Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə baxış keçirib.

Yanğının miqyası ilə bağlı açıqlama veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG