Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

►Aleksey Miller: “Qiymətdə razılığa gəlinsə…”

Rusiya Azərbaycana qaz nəqlini artıra bilər.

Bu barədə Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

APA-nın xəbərinə görə, A. Miller deyib ki, qiymətdə razılığa gəlinsə, bu məsələ SOCAR-la müzakirə ediləcək.

Onun sözlərinə görə, əlavə nəql olunacaq qazın həcmi 3-5 milyard kubmetr ola bilər.

“İndi tərəflər qaz nəqlinin 3-5 milyard kubmetr artırılmasında maraqlıdır”, - deyə A.Miller bildirib.

A. Miller əlavə edib ki, müqaviləyə əsasən, “Qazprom” Azərbaycana 2 milyard kubmetr qaz nəql etməyə başlayıb.

Azərbaycanın Rusiyadan qaz alması mövzusu uzun zamandır ki, gündəmdədir. Bu ayın əvvəlində SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə demişdi ki, Azərbaycan Rusiya qazının idxalı ilə bağlı təkliflərini “Qazprom”a təqdim edib.

“Neft hasilatı azalmasın deyə, laylara daha çox səmt qazı vurulmalıdır. İstər SOCAR, istərsə BP-Azerbaijan bunu edə bilmir. Çünki səmt qazının bir hissəsi ölkənin ehtiyaclarına yönəldilir”, R.Abdullayev demişdi.

Ancaq bəzi müstəqil iqtisadçılar düşünür ki, bu ticarət Azərbaycandan çox Rusiyaya lazımdır.Onlar deyir ki, bu il Azərbaycan özü Gürcüstana qaz nəqlini artırıb.

“Azərbaycanın qaza ehtiyacı var idisə Gürcüstana güzəştli şəkildə əlavə qaz satmağa nə ehtiyac var idi?”-müstəqil iqtisadçılar sual edir

Günün bütün mövzuları

XS
SM
MD
LG