Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:02

"Qəbələ"dən inamlı qələbə


«Qəbələ». Foto arxiv
«Qəbələ». Foto arxiv

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirən «Qəbələ» doğma meydanda böyükhesablı qələbə qazanıb. Gürcüstanın «Samtredia» klubu ilə üz-üzə gələn «Qəbələ» meydanı 5:1 hesablı qələbə ilə tərk edib. Qollardan üçünü yeni transfer Theo Weeks vurub.

«APA Sport» saytının xəbərinə görə, oyundan sonra futbolçu jurnalistlərin suallarını cavablandırarkən karyerasında ilk dəfə het-trik etdiyini deyib: «Bir oyunda 3 qol vurmağım yaxşı haldır. Karyeramda ilk dəfə het-trik etdim. Buna qədər bu sevinci yaşamamışdım. Oyundan əvvəl belə bir uğur qazanacağımı gözləmirdim. Yeni komandamda bu cür başlanğıc etmək sevindiricidir. Şans verildi, istifadə etməyə çalışdım».

Cavab qarşılaşması bir həftə sonra Gürcüstanda keçiriləcək.

XS
SM
MD
LG