Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:05

-

Bu il, gələn il və 2018-ci il mədən sənayesində şəffaflıq təşəbbüsü çərçivəsində Azərbaycan üzrə hesabatı Moore Stephens audit şirkəti hazırlayacaq. Mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlanması məqsədilə hüquq, məsləhət xidmətlərinin göstərilməsindən ötrü "Baker and McKenzie" şirkəti seçilib.

Bu haqda Neft Fondunun məlumatında deyilir.

Xəbərdə bildirilir ki, bu qərar Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclasında qəbul edilib.

Prosedura əsasən, şirkətlər köçürmələr barədə hesabat verəcək, auditor şirkətlərin və Azərbaycan hökumətinin mədaxil barədə hesabatlarını yoxlayacaqlar.

2003-cü ildə Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EİTİ) qoşulanda hesabatları Delloitte & Touche, Moore Stephens və AGN MAK Azerbaijan LTD hazırlamışdı.

Memorandumda SOCAR, BP Azerbaijan, Exxon, Statoil, Total, Lukoil, Unocal, Shell, Devon Enerji, Azerbaijan International Mining Company (cəmi 39 şirkət) iştirak edir.

2015-ci ilin aprelində Brazzavildə EITI Azərbaycanın statusunu azaldıb. 2010-cu ildən hökumət strukturları QHT-lərlə əməkdaşlıq etmədiyindən tam hüquqlu üzvlük namizədlik səviyyəsinə azaldılıb.

2009-cu ildə isə Azərbaycan prinsiplər və meyarlara uyğun gəldiyindən EITI-dən mükafatı belə almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG