Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Bakıya səfərə gələcək.

Turan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

E.Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi Lavrovun regiona səfərinin nəticələrindən asılı olacaq.

S.Lavrovun iyulun 4-də Yerevana gedəcəyi gözlənilir.Onun Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlardan sonra Bakıya gələcəcəyi ehtimal edilir.
Farnsa rəsmilər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə iyunun 20-də Rusiya dövlət başçısı V. Putinin iştirakı ilə Sankt-Peterburqda görüşüb Dağlıq Qarabaş münaqişəsini müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG