Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:14

ATƏT-in hazırkı sədri və Almaniyanın xarici işlər nqaziri Frank Valter Ştaynmayer ( Frank-Walter Steinmeier) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyişə çağırıb.

O belə bir bəyanatla iyunun 29-da Ermənistana rəsmi səfəri zamanı çıxış edib.

Ştaynmayer Ermənistan prezidenti Serz Sarkisian və xarici işlər naziri Edvard Nalbandianla görüşdən sonra bildirib ki, münaqişə zonasında vəziyyətin saskitləşməsi yaxşı haldır, amma nə qədər ki, danışıqlar uzanır, zorakılığın yenidən baş qaldırması real təhlükə olaraq qalır.

O deyib ki, münaqişənin həllində irəliləyişə nail olmaq, atəşkəsi sabitləşdirmək və qarşılıqlı etibar yaratmaq üçün konkret tədbirlər görmək lazımdır.

Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Rusiya sammitindən sonra müsbət tərpəniş olduğunu deyən Ştaynmayer, həmsöhbətlərini kompramisə hazır olduqlarını göstərməyə çağırıb.

Ştaynmayer münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə tam dəstək bildirib.

ATƏT sədri Ermənistana səfəri zamanı vətəndaş cəmiyyətinin təmsilçiləri ilə də görüşüb.

O Cənubi Qafqaza səfəri çərçivəsində iyunun 30-da Azərbaycana, sonra isə Gürcüstana baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG