Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:15

-

Oxu Zalı tanınmış türk şairi Camal Sürəyanın yayınlanmış gündəliklərindən kitab təqdimatları, imza günlərinə həsr olunmuş parçanı yayımlayır.

Camal Sürəya: Kitab sərgilərində imza günləri müqəddəs bir ayin, yoxsa axmaqca yığıncaq

Bu günədək beş-altı dəfə kitab təqdimatlarında, imza günlərində iştirak etmişəm. Nəticənin ürəyimcə olduğunu deyə bilmərəm. Xüsusilə TÜYAP-ın bu ilki kitab sərgisində ürəyim tamam sıxıldı. Təkcə çox kitab imzalasaydım ürəyim sıxılmazdı, amma satıcıyla alıcının arasına gətirib yazıçını oturtmaqda (bəlkə elə bu idi canımı sıxan) nəsə bir yanlışlıq var. Hələ çoxlu yazıçının iştirak etdiyi böyük tədbirdirsə o can sıxıntısı qat-qat böyüyür. Müqəddəs bir ayinlə, axmaqca bir yığıncaq arasında gedib gəlirsən. Bu mənə yaraşmır.

İmza günlərinin sayının getdikcə çoxalması da bu problemi böyütməkdədir. Kitablarına oxucu tapa bilməyən bir yazıçının eyni kitabını az qala hər həftə ayrı bir mağazada satışa çıxarmasının nə mənası var?

Mən olmayım siz olun, bu vəziyyətdə yazıçı özünü daha da alçaltmırmı?

Sonuncu dəfə imza günümdə (kaş sonuncu olsun) bir kiçik cinayət də törətmişəm. Masanın o biri başında Zeynep Orala kitab imzaladan yaşlı və hörmətcil bir kişi adından əlavə ləqəbini də dedi, “Yaz: taqüdçü Genarala. Onun ardıyca mənim yanıma gəldi mən də adını soruşmadan “ “Generalla” başlayan “səmimi arzularla” bitən bir cümlə yazıb imzaladım. Ancaq adam gedəndən sonra anladım ki, ləqəbini səhv anlamışam, sən demə kişi general deyilmiş təqaüdçü müəllimmiş.

***

Məşhur fransız ədəbi tənqidçisi Çarlz Sent-Böv

Məşhur fransız ədəbi tənqidçisi Çarlz Sent-Böv

Hardasa oxumuşdum: “İnsan, tənqid edəndə axmaq, tərifləyəndə müdrikdir”. Bu deyimin məqsədi xeyirli tənqidlərə sövq etməkdir. Şişirdilmiş də olsa içində bir həqiqət payı var. Yeri gəlmişkən fransız tənqidçisi Charles Saint-Beuve sonradan təriflədiklərinin çoxunda haqlı, tənqid etdiklərinin çoxunda haqsız olduğu ortaya çıxmışdı. İndi bəlkə mən də tənqidimdə haqsızam.

Amma böyük şəxsiyyətlərin bir-birlərini ən amansız şəkildə tənqid etmələri də var. Fransız dilçi Michel Ragon-un “Bu günün rəsmi” adlı əsərində belə tənqidlərdən çox gördüm.

İspan rəssamı Diego Velazques Rafaellonun əsərlərindən maraqlı heç nə görmədiyini deyirdi. Yunan heykəltaraşı El Greco da deyirdi ki: “Michelangelo alicənab adamdır, amma heyif ki, çəkdiyi rəsmlərə şəxsiyyətindən pay düşməyib”.

Fransız rəssam Edouard Manet də xəbər yollamışdı ki, deyin o Pierre Renoir rəssamlıqdan uzaqlaşsın. Paul Cezanne də ilk dəfə Van Goghun imzalı tablosunu görəndə: “Bu nədir ruhi xəstələrin sərgisindən gətirilib?” deyə soruşmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG