Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:18

Corc Sorosdan İlham Əliyevə sərt tənqid


George Soros
George Soros

►“Qərb Əliyevi dəstəkləməklə səhvə yol verir”

Amerikalı milyarder və filantrop Corc Soros Qərb ölkələrini Azərbaycan hökuməti ilə əməkdaşlığa görə, sərt tənqid edib.

Turan xəbər verir ki, milyarder bu günlər Londonda konfransda çıxışı zamanı təəssüflə deyib ki, “qərbin olduqca sakit yanaşdığı ölkələrin sırasında Azərbaycan da var”.

Corc Soros bildirib ki, Azərbaycanda diktator rejimi hökm sürür:

“Burada xoşagəlməz diktator rejimi hökm sürür. Mən bir neçə dəfə bu ölkənin prezidenti ilə mübahisə etməli olmuşam. O, hər dəfə özünü elə aparır ki, sanki Azərbaycanda repressiyalara görə məsuliyyət daşımır. Ancaq mənimlə söhbətlərində bu və ya digər məhbusun həbsxanada hansı şəraitdə, hansı ittihamlarla oturması barədə dərin bilik nümayiş etdirir. Lakin bütün bunlar riyakarlıqdır. O, bir çox şeyə görə cavabdehdir və repressiyalardan istifadə edir. O, yeni potensial neft yataqları nümayiş etdirməklə Qərbin könlünü almaq istəyir. Düşünürəm ki, Qərb onu dəstəkləməklə böyük səhvə yol verir”. (ardı aşağıda)

İlham Əliyev Corc Sorosla görüşür, İsveçrə, 2015
İlham Əliyev Corc Sorosla görüşür, İsveçrə, 2015

“Rusiyadan ən çox Qazaxıstan aralanıb”

Digər postsovet ölkələrindən danışan C. Soros Qırğızıstanın üzərində dayanıb.

C. Soros deyib ki, bu ölkənin kifayət qədər yüksək demokratik inkişafı olub:

“ Məhz ona görə ki, o, ən yoxsul ölkələrdən biri olub”.

C. Sorosun sözlərinə görə, Rusiyadan ən çox aralanan da Qazaxıstandır.

“Nazarbayev başqalarına nisbətən həmişə daha çox maarifçi olub. Baxmayaraq ki, uzun müddət hakimiyyətdədir və çoxlu səhvlərə yol verib. Ölkədə hətta xaricdə təhsil alan ziyalı orta sinif formalaşıb. Hətta dövlət universitetində regionun digər universitetlərində olduğundan yüksək standartlar var. Orada da müəllimlərin çoxu xaricdəndir”,- o qeyd edib.

C.Sorosun fikrincə, digər postsovet ölkələr Rusiyadan daha çox asılıdı, bundan əlavə, onlar zəifdir.

“Buna misal olaraq biz Tacikistana nəzər sala bilərik”, - o vurğulayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG