Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

-

İyunun 30-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 230 min avro cərimələyib. Cərimələr Azərbaycanla bağlı çıxarılmış 18 qərarda nəzərdə tutulur.

Qərarların tam mətnini məhkəmənin saytı yayıb.

Sözügedən 18 işdən 13-də vəkil Əsabəli Mustafayev olub.

O, Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov , Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli və Bəhruz Həsənovu təmsil edib.

Adı çəkilən şəxslər etiraz aksiyalarında iştiraka görə, inzibati həbsə məruz qalanlardır.

Məhkəmə onların işlərində Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6(ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlığı ) maddələrin pozuntusunu tanıyıb.

Kompensasiya hamıya eyni olub, ümumi məbləğ 165 000 avro təşkil edir.

AİHM-in digər 4 qərarı seçkilər zamanı pozuntulara dair şikayətlərlə bağlı olub. Məhkəmə müxalif partiyaların təmsilçiləri Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli və NobatəliPələngovun şikayətlərini təmin edib.

Qərara əsasən, hökumət hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardımdan ötrü 4 000 avro ödəməlidir.

AİHM sonuncu qərarı mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun şikayəti ilə bağlıdır. Məhkəmə həmin işdə hökuməti 20 900 avro cərimələyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG