Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:20

-

«ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışır. Biz əlimizdən gələni edəcəyik ki, münaqişə həll olunsun».

APA-nın xəbərinə görə, bunu Ramana qəsəbəsində yerləşən 4 saylı Xankəndi orta məktəbində şuşalı köçkünlərlə görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib.

Cənab Steinmeier bildirib ki, aprel hadisələri zamanı bütün səylər atəşin dayandırılmasına yönəlib: «İndi demək olar ki, atəş yoxdur. Lakin status-kvo belə qalmamalı, danışıqlar yolu ilə dəyişməlidir. Mən Yerevanda görüşlər keçirmişəm, Bakıda da görüşlər keçirəcəyəm. Biz çalışmalıyıq ki, münaqişənin həll yollarını tapaq. Aprel hadisələri göstərdi ki, münaqişə çoxlu qurbanlara səbəb olur. Hər tərəf başa düşməlidir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz addım atmasaq, qısa müddətdə vəziyyət gərginləşəcək. ATƏT bütün imkanlarından istifadə edəcək ki, gələcək sülhün bünövrəsi yaransın. Əlimizdə əvvəldən müəyyən sənədlər var, biz o sənədlərin əsasında addımlar atmalıyıq. Azərbaycan və Ermənistan da münaqişənin həlli üçün səy göstərməlidir».

Frank-Walter Steinmeier bu gün Azərbaycana gəlib. O, Azərbaycandan əvvəl Ermənistanda olub.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan və Qarabağdakı separatçı qüvvələr Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Qarabağ danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG