Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:00

Türkiyə polisi İstanbul hava limanındakı partlayışlarla bağlı 13 nəfəri həbs edib.

Onlardan üçünün əcnəbi olduğu bildirilir.

Polis iyunun 30-da İstanbulun 16 yerində reydlər keçirib.

Hakimiyyət iyunun 28-də 42 nəfərin ölümü ilə nəticələnən terror aktlarına görə “İslam dövləti” qrupunu ittiham edir.

“Hurriyet” qəzetinin yazdığına görə hava limanında partlayışı törədən 3 intiharçıdan 1-i Rusiyadan olan çeçendir.

Hakim dairələr hələlik bunu təsdiqləməyib.

Amma “Reuters” Türkiyənin təhlükəsizlik xidmətinə istinadla xəbər verir ki, hücum edənlər ola bilsin ki, xarticilərdir.

Anadolu agentliyi isə iyunun 25-də sərhədi qanunsuz keçmək istəyən 2 suriyalının öldürüldüyünü xəbər verir.

Məlumatlara görə onlardan biri Türkiyədə axtarışda imiş və Ankara və ya Adanada terrora hazırlaşırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG