Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:40

Qadının intihar etdiyi deyilir


Foto arxiv
Foto arxiv

-

Bakının Binəqədi rayonunda 44 yaşlı qadının intihar etdiyi söylənir.

«Report»un xəbərinə görə, hadisə rayonun M.Ələkbərov küçəsində baş verib.

44 yaşlı Şəlalə Əliyeva essensiya turşusundan zəhərlənmə diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları qadının intihar məqsədilə kimyəvi turşu içdiyini düşünürlər. Hadisənin səbəbi açıqlanmır. Qadının yaxınlarının istintaqa necə ifadə verdikləri də bilinmir.

Faktla bağlı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son vaxtlar ölkədə intiharların sayının artdığı bildirilir. Ancaq intiharların səbəbləri ayrıca araşdırılıb ictimaiyyətə açıqlanmır.

XS
SM
MD
LG