Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

-

İtaliya yığmasının sabiq hücumçusu Christian Vieri 1/8 finalda İspaniyanı məğlub edib (2:0), hazırda Almaniya ilə 1/4 final oyununa hazırlaşan həmvətənlərinin oyununa heyrandır.

Ötənlərin məşhur hücumçusu «Gazzetta Dello Sport»a verdiyi açıqlamada baş məşqçi Antonio Conte-nin istedadını da xüsusi qeyd edib:

«İtaliya İspaniyanın qapısından ikinci topu keçirəndə yerimdən tullandım. Çox sevindim. İtaliyanın şərəfi uğrunda mübarizə aparmaqdan gözəl heç nə yoxdur. İtaliya yığmasının indiki oyununu iki il əvvəlki dünya çempionatı ilə müqayisə etdikdə, bu, gündüzlə gecə kimidir. Ən böyük uğur öz xalqının qəlbini fəth etmək bacarığıdır. Komanda bunu edə bilibsə, artıq qalib gəlib. Sözsüz, uşaqları Almaniya ilə oyunda dəstəkləmək üçün Bordoda olacam. İtaliya yığması xarizmatik komandadır, onun xarakteri var. Conte taktiki baxımdan fenomenaldır. O, çox hazırlıqlıdır və həmişə qərar axtarışındadır. O, həmişə komandanı nəzarətdə saxlayır. Adamlar bu komanda ilə fəxr edir».

XS
SM
MD
LG