Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

-

Əfqanıstanın paytaxtı Kabil yaxınlığında iki talibançı intiharçı polis kursantlarını daşıyan avtobuslara hücum edib, onlarla ölü və yaralı var.

Hadisə iyunun 30-da Kabildən 20 km qərbdə baş verib. Avtobuslar qonşu Vardak vilayətindəki təlim mərkəzindən paytaxta qayıdırımış.

Azı 30 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilir.

Polis Radio Azadi-yə deyib ki, ölü sayı arta bilər. Avtobuslarda 200 polis kursantı varmış.

Taliban media təşkilatlarına göndərdiyi elektron məktubda hücuma görə məsuliyyəti üzərinə götürüb.

10 gün öncə Kanada səfirliyində çalışan nepallı təhlükəsizlik əməkdaşlarını daşıyan avtobusa hücum edilmişdi, 14 nəfər həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG