Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:08

İyul ayının hava proqnozu açıqlandı


Günəş
Günəş

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayı ilə bağlı hava proqnozunu açıqlayıb.

Bakı və Abşeronda gecə orta aylıq temperaturun 21-26 dərəcə isti olacağı gözlənilir. Gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti proqnozlaşdırılır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 2-3 mm) olacağı qeyd edilir.

Azərbaycanın qərb rayonlarında orta aylıq temperaturun gecələr 20-25, gündüzlər 27-32, bəzi günlərdə 34-38 dərəcəyədək yüksələcəyi ehtimal edilir.

Aran rayonlarında isə bəzi günlərdə 38-41 dərəcə isti gözlənilir.

XS
SM
MD
LG